...

"Saudi Aramco": Bakı Mərkəzi Asiyada fəaliyyətin idarəsi üçün platforma olacaq (ÖZƏL)

Energetika Materials 23 May 2018 07:44 (UTC +04:00)
Azərbaycanda Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft şirkətinin regional ofisi şirkətin Mərkəzi Asiyada fəaliyyətinin idarəetmə platforması kimi xidmət edəcək
"Saudi Aramco": Bakı Mərkəzi Asiyada fəaliyyətin idarəsi üçün platforma olacaq (ÖZƏL)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanda Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft şirkətinin regional ofisi şirkətin Mərkəzi Asiyada fəaliyyətinin idarəetmə platforması kimi xidmət edəcək. Bu barədə Trend-ə "Saudi Aramco"nun baş ofisindən bildiriblər.

Şirkətdə deyiblər: "Dünyada ən iri neft istehsalçısı olan "Saudi Aramco" şirkəti Bakıda "Aramco Overseas Company Azerbaijan LLC" (Aramco AOC Azerbaijan) öz regional nümayəndəliyi qeydiyyata alıb. Bu ofis Mərkəzi Asiyada şirkətin bütün növ fəaliyyətinin həyata keçirilməsi və idarəsi üçün platforma olacaq".

Şirkətdən qeyd ediblər ki, "Aramco AOC Azerbaijan" əsasən neft-qaz, emal və onlarla bağlı xidmətlərin göstərilməsi üzərində cəmləşəcək, Mərkəzi Asiyada inteqrasiya olunmuş energetika və kimya sənayesi sektorunda əməkdaşlıq üçün imkanları üzə çıxarmaq üçün yeni biznesin inkişafı üzrə perspektivləri qiymətləndirəcək: "Saudi Aramco neft-qaz sahəsində, həm quruda, həm də dəniz şelfində kəşfiyyat və hasilat daxil olmaqla çoxillik təcrübəyə malikdir. İndi bu zəngin təcrübədən qazanc əldə etmək və bunu Azərbaycanda və Mərkəzi Asiyada strateji tərəfdaşlıq səviyyəsinə çatdırımaq zamanı gəlib. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədəki sabitliyi, hakimiyyətin neft sənayesinə, energetikanın inkişafına və sürətli iqtisadi artıma hərtərəfli yardım göstərməsini nəzərə alaraq biz Bakıda ofis açmağı qərara aldıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti