...

Azəriqaz abonentlərə müraciət etdi

Energetika Materials 3 İyul 2018 09:10 (UTC +04:00)
“Azəriqaz” İB abonentlərə müraciət edib.
Azəriqaz abonentlərə müraciət etdi

Bakı. Trend:

“Azəriqaz” İB abonentlərə müraciət edib.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müraciətdə deyilir:

"SOCAR-ın “Qaz İxrac” İdarəsi tərəfindən diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 23-24-cü kilometrlər arasında dayaqlar üzərinə qaldırılması məqsədi ilə 03 iyul 2018-ci il tarixdə aparılması nəzərdə tutulan təmir-bərpa işləri texniki səbəblərə görə təxirə salınıb. Hal-hazırda həmin ərazilərə təbii qazın verilişində heç bir məhdudiyyət yoxdur".

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti