...

YAXIN DƏQİQƏLƏRDƏ elektrik enerjisinin təchizatı TAM bərpa ediləcək (ÖZƏL)

Energetika Materials 3 İyul 2018 10:00 (UTC +04:00)
“Elektrik enerjisinin təchizatı ilə bağlı görülən işlər operativ şəkildə davam etdirilir. Yaxın dəqiqələrdə elektrik enerjisinin təchizatı tam bərpa ediləcək”.
YAXIN DƏQİQƏLƏRDƏ elektrik enerjisinin təchizatı TAM bərpa ediləcək (ÖZƏL)

Bakı. Samir Əli - Trend:

“Elektrik enerjisinin təchizatı ilə bağlı görülən işlər operativ şəkildə davam etdirilir. Yaxın dəqiqələrdə elektrik enerjisinin təchizatı tam bərpa ediləcək”.

Bunu Trend-ə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

Onun sözlərinə görə, hazırda Bakıda elektrik enerjisinin bərpa vəziyyəti 100%, regionlarda isə 80%-dir: “Yaxın dəqiqələrdə regionlarda elektrik enerjisinin bərpasını 100 faizə çatdıracağıq. Bu səbəbdən qonşu ölkələrdən elektrik enerjisi almağa ehtiyac yaranmayıb”.

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti