...

Azərbaycan nefti ucuzlaşır

Energetika Materials 7 Sentyabr 2018 23:00 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 6-da 77,9 dollar/barel təşkil edib
Azərbaycan nefti ucuzlaşır

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 6-da 77,9 dollar/barel təşkil edib ki, bu da çərşənbəyə olan göstəricidən 1,27 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 6-da 77,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,28 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 6-da 74,5 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,24 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 6-da 75,59 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,3 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti