Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 18-də 58,6 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 2,6 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 18-də 57,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,6 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 18-də 56,29 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,4 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 18-də 55,48 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,69 dollar/barel azdır.