...

BP Azərbaycan şirkətlərinin regionlardakı layihələrdə iştirakında maraqlıdır

Energetika Materials 20 Dekabr 2018 15:54 (UTC +04:00)
BP və tərəfdaşları Azərbaycan şirkətlərinin regionlardakı layihələrdə iştirakının genişlənməsində maraqlıdır
BP Azərbaycan şirkətlərinin regionlardakı layihələrdə iştirakında maraqlıdır

Bakı. Sara İsrafilbəyova - Trend:

BP və tərəfdaşları Azərbaycan şirkətlərinin regionlardakı layihələrdə iştirakının genişlənməsində maraqlıdır.

Trend-in məlumatına görə, bunu “BP Azerbaijan”ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli BP ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.

Memorandum ölkədə kiçik və orta sahibkarlığın inkişafına dəstəyi nəzərdə tutur.

B.Aslanbəyli qeyd edib ki, BP Azərbaycanda 26 illik fəaliyyəti dövründə tərəfdaşlarla birgə ölkənin enerji sektoruna töhfə verib.

O həmçinin ölkədə 2007-ci ildən reallaşdırılan sahibkarlığın inkişafı proqramına toxunub. Onun sözlərinə görə, proqramın məqsədi ölkədə sahibkarlığın inkişafına təkan verməkdir. Proqramdan 2 minədək kiçik və orta sahibkarlıq obyekti yararlanıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi barədə danışan B.Aslanbəyli vurğulayıb ki, qurum az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, kifayət qədər böyük uğurlara nail olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti