...

Azərbaycan nefti bahalaşıb

Energetika Materials 22 Fevral 2019 23:38 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 21-də 68,6 dollar/barel təşkil edib
Azərbaycan nefti bahalaşıb

Trend-i buradan izləyin

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 21-də 68,6 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,1 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,1 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 64,79 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,1 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 66,95 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,1 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti