...

Nazirlik: Qaz təchizatı sahəsində 51 layihə-smeta sənədinin qeydiyyata alınmasından imtina edilib

Energetika Materials 10 İyul 2019 09:40 (UTC +04:00)
Qaz təchizatı sahəsində 51 sayda layihə-smeta sənədinin qeydiyyata alınmasından imtina edilib
Nazirlik: Qaz təchizatı sahəsində 51 layihə-smeta sənədinin qeydiyyata alınmasından imtina edilib

Bakı. Trend:

2019-сu ilin 6 ayı ərzində Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən istehlakçıların elektrik və qaz təchizatı şəbəkələrinə qoşulması üçün verilmiş texniki şərtlər əsasında enerji təchizatı üçün hazırlanmış 124 layihə razılaşdırılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qaz təchizatı sahəsində isə 2219 sayda idarə və müəssisələrin layihə-smeta sənədləri ekspertiza olunaraq qeydiyyata alınıb. Aşkar olunmuş uyğunsuzluqlara görə 51 sayda layihə-smeta sənədinin qeydiyyata alınmasından imtina edilib.

Hesabat dövründə Agentlik tərəfindən istehlakçıların elektrik qurğularına ümumi gücü 20809.55 kVt və 206685 kVA olmaqla 142 sayda (43 ədədi 0.4 kV-luq şəbəkədən, 99 ədədi isə yüksək gərginlikli şəbəkədən) istismara buraxılış aktı verilib. 359 sayda razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismara qəbulu həyata keçirilib. Yol verilmiş nöqsanlara, əsasən, qaz xətlərinin layihəyə uyğun çəkilməməsinə, qaz qurğu və avadanlıqların tam quraşdırılmamasına görə 170 sayda qaz qurğusu isə istismara qəbul edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti