...

"Saudi Aramco" Səudiyyə Ərəbistanında ən böyük qaz yatağının kəşfinə başlayacaq

Energetika Materials 22 Fevral 2020 22:55 (UTC +04:00)

Bakı. Trend:

Səudiyyə Ərəbistanının neft şirkəti "Saudi Aramco" təxminən 56,6 milyard kubmetr ehtiyatı olan Krallığın ən böyük "Cəfur" qaz yatağının kəşfinə başlayacaq.

Trend-in məlumatına görə, bu barədə şirkət açıqlamasında bildirilib.

"Saudi Aramco" Direktorlar Şurasının sədri Yasser Otman əl-Rumeyanın sözlərinə görə, "Cəfur" yatağının kəşfi şirkətin qlobal enerji sektorunda mövqeyinin güclənməsinə və dünyanın aparıcı enerji və kimyəvi kompleksinə çevrilməsinə kömək edəcək.

Mətbuat açıqlamasında "Saudi Aramco"nun 2024-cü ildə kəşfə başlayacağı qeyd olunur. Şirkət 2036-cı ilə qədər yataqda qaz hasilatının təqribən 62 milyon kubmetrə çatacağını gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti