...

Dünya bazarlarında neftin qiyməti 5 faiz düşdü

Energetika Materials 12 Mart 2020 06:17 (UTC +04:00)
Dünya bazarlarında "Brent" və "WTI" markalı neftin qiymətləri dəyişdi
Dünya bazarlarında neftin qiyməti 5 faiz düşdü

Bakı. Trend:

Dünya bazarlarında "Brent" və "WTI" markalı neftin qiymətləri dəyişib.

Trend-in məlumatına görə, "Brent" markalı neftin may fyuçersləri 5,10 faiz azalaraq 34,21 dollar/barelə bərabər olub.

WTI (West Texas Intermediate) markalı neftin aprel fyuçersləri isə 5,31 faiz ucuzlaşıb və 31,23 dollar/barel təşkil edib.

Martın 11-də dünyanın ən böyük Səudiyyənin "Saudi Aramco" neft şirkəti Krallığın Enerji Nazirliyindən aldığı təlimata əsasən istehsal gücünü 12-dan 13 milyon barelə qədər artıracağını bildirib.

Abu Dabinin Milli Neft Şirkəti, (ADNOC) həmçinin bildirib ki, aprel ayında dünya bazarına gündə 4 milyon barreldən çox neft nəql etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti