...

OPEC ilin ortasında neftin bir barrelinin qiymətinin təxminən 40 dollar olacağını gözləyir

Energetika Materials 26 Aprel 2020 21:23 (UTC +04:00)
OPEC ilin ortasında neftin bir barrelinin qiymətinin təxminən 40 dollar olacağını gözləyir

Bakı. Trend:

OPEC bu ilin ortasında neftin bir barrelinin qiymətinin təxminən 40 dollar olacağını gözləyir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Əlcəzairin energetika naziri, OPEC konfransının prezidenti Məhəmməd Abkar deyib.

M.Abkar bildirib: "Təşkilat (OPEC - red.) bu ilin ikinci yarısında neftin bir barrelinin qiymətinin təxminən 40 dollar olacağını gözləyir. May və iyun aylarında neftin qiyməti orta hesabla 35 dollara qədər artacaq".

Nazir əlavə edib ki, bu tendensiya "neft hasilatının azaldılması ilə bağlı razılaşmanın (OPEC+ - red.) həyata keçirilməsi" ilə əlaqədar olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti