...

Vahid Ələkbərov: Neft bazarı 2020 və 2021-ci ilin birinci yarısında balanslaşdırılacaq (VİDEO)

Energetika Materials 27 Aprel 2020 16:08 (UTC +04:00)

Bakı. Trend:

Neft bazarı 2020-ci ildə və 2021-ci ilin birinci yarısında balanslaşdırılacaq.

Trend-in məlumatına görə, bunu Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov “Rossiya 24” telekanalına müsahibəsində deyib.

O bildirib ki, Rusiya, Səudiyyə Ərəbistanı və ABŞ-ın səyləri dünya neft bazarında ucuz qiymətlər probleminin birgə həllinə kömək göstərəcək: “Çünki, 1 milyard barelədək yığılmış neft ehtiyatları satılmalıdır. Bundan sonra da hasil olunacaq neft həcmləri də öz alıcılarını tapmalıdır”.

V.Ələkbərovun sözlərinə görə, bugünkü vəziyyət heç nə ilə müqayisə oluna bilməz: “Tələbin bu cür - ənənəvi yanacaq növlərinə orta hesabla 40-50 faiz, aviasiya kerosininə 75-80 faiz azalması heç vaxt olmayıb. Bu gün istehlak dayanıb. Belə bir şey heç vaxt olmayıb. Hətta 2008-ci ildə, neft kəskin ucuzlaşanda tələbat azalmadı. 1998-ci ildə də qiymətlər 9 dollaradək azalmışdı, amma tələbat çox yüksək idi. Bu gün yeni səhifə yazılır. Bu gün bizim üçün önəmli olan qiymətlərin dinamikasından daha çox, normal tələbatın bərpa olunması, həm Rusiya, həm də Avropa və Amerika bazarlarında məhdudiyyətlərin qaldırılmasıdır. Bu məhdudiyyətlər qalxandan sonra biz tələbin artmasına yönəlmiş model quracağıq”.

O qeyd edib ki, “Lukoyl” neft qiymətlərinin 9 və 11 dollar olduğu şəraitdə işləyib: “Hər şey investisiyalardan asılıdır. Biz Rusiya ərazisində 9 və 11 dollar qiymət şəraitində kifayət qədər rahat işləyə bilərik. Bu gün Rusiyada qüvvədə olan vergi siyasəti investorların müdafiəsinə xidmət edir. Biz enerji ehtiyatlarının ən aşağı qiymətləri fonunda belə rəqabətqabiliyyətli olacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti