...

Dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollardan hesablanacaq

Energetika Materials 21 Dekabr 2020 13:14 (UTC +04:00)
Dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollardan hesablanacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollara bərabər götürülüb. Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinə dair izahatda qeyd edilib.

Bildirilib ki, dünyanın aparıcı maliyyə təşkilatları və neft qiymətlərinin proqnozlaşdırılması üzrə ixtisaslaşmış agentliklər cari il üçün “Brent” markalı neftin 1 barelinin orta qiymətinin 40 ABŞ dolları civarında olacağını və ən azı növbəti bir ildə də neftin qiymətlərində kəskin artımın olmayacağını proqnozlaşdırırlar.

Bu baxəmdan pandemiya fonunda dünya iqtisadiyyatında davam edən qeyri-müəyyənliklər, eləcə də dəyişkən neft qiymətləri nəzərə alınaraq ortamüddətli dövr ərzində büdcə siyasəti və fiskal çərçivə məhz yeni qlobal çağırışlara və iqtisadi reallıqlara uyğun formalaşdırılmış, bu əsasda, ortamüddətli dövr üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 40 ABŞ dollarına bərabər götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti