Bakı. Fidan Babayeva, tərcümə Orxan Nəbiyev - Trend:
2020-ci ildə Azərbaycanda təbii qaz hasilatı 2019-cu illə müqayisədə 4 faiz artıb.
Trend bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, 2020-ci ildə 37,1 milyard kubmetr qaz hasil olunub:
"Ötən il SOCAR tərəfindən 56 minə yaxın qazma işləri keçirilib. Şirkət özü və ya layihənin əsas iştirakçısı qismində 7,3 milyard kubmetr qaz hasil edib".
2020-ci il ərzində Azərbaycanda 12 milyard təbii qaz istehlak olunub:
"Azərbaycan təbii qazının ixracı 2019-cu illə müqayisədə 16 faiz artaraq 13,4 milyard kubmetrə çatır. 2020-ci ildə Azərbaycan qazı Türkiyə və Gürcüstan bazarlarına ixrac edilib. İlin son günündə isə Avropa bazarına ixrac başlayıb".
Ötən il Qaz emalı zavodunda 3,8 milyard kubmetr təbii qaz emal edilib. Bu, 2019-cu illə müqayisədə 17 faiz çox olub.