...

Bu il Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon tondan çox neft nəql ediləcək

Energetika Materials 21 Yanvar 2021 10:29 (UTC +04:00)
Bu il Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon tondan çox neft nəql ediləcək

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın "Transneft" və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2021-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon tondan çox neftin nəqli ilə bağlı müqavilə imzalayıb.

Trend-in məlumatına görə, bu barədə "Transneft" prezidentinin İqor Demin deyib.

Fevral ayında həmin neft kəməri ilə 85 min ton Azərbaycan neftinin nəqli planlaşdırılır.

2020-ci ildə SOCAR Bakı-Novorossiysk kəməri ilə 613 min ton neft nəql edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti