...

Bu növ benzinlər üçün aksiz dərəcəsi kəskin şəkildə azaldılıb, gömrük rüsumu ləğv edilib

Energetika Materials 29 Yanvar 2022 17:24 (UTC +04:00)
Bu növ benzinlər üçün aksiz dərəcəsi kəskin şəkildə azaldılıb, gömrük rüsumu ləğv edilib

Bakı. Trend:

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Trend-in məlumatına görə, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycana gətirilən aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinin 1 tonu üçün aksiz dərəcəsi 200 manatdan 1 manata endirilib.

Qərar 2022-ci il 1 fevral tarixindən tətbiq ediləcək və 2022-ci il 1 iyun tarixinədək qüvvədə olacaq.

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə də dəyişiklik edib.

Qərara əsasən, Azərbaycana idxal edilən 92 və ya daha çox oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzinin hər 1000 litri üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu ləğv olunub.

Eyni zamanda 95-dən az oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzinin hər 1000 litri üçün 15 faiz idxal gömrük rüsumu da ləğv olunub.

Qərar 2022-ci il 1 fevral tarixindən tətbiq ediləcək və 2022-ci il 1 iyun tarixinədək qüvvədə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti