Bakı. Trend:
Regionda karbamid istehsalının artmasının heç bir mənfi təsiri yoxdur.
Trend-in məlumatına görə, bunu SOCAR-ın karbamid zavodunun direktoru Xəyal Cəfərov deyib.
"Birincisi, indi karbamidə təlabat çox böyükdür. Karbamid üçün əsas xammal təbii qazdır və təbii qazın qiymətinin belə kəskin artması Avropada gübrə istehsal edən müəyyən zavodların bağlanmasına gətirib. Buna görə də, təklifin həcmi azalıb, təlabat isə daim artır.
Ona görə də, böyük rəqabət gözləmirik. İkincisi isə, bizim karbamidimizin öz bazar payı var və logistik nöqteyi-nəzərdən biz əlverişli bir yerdəyik. Azərbaycandan Qara Dənizə və ordan da dünya bazarlarına bizim karbamidi çıxarmaq kifayət qədər rahatdır. Həm qiymət, həm logistika xərcləri baxımından biz öz bazar payımızı möhkəm saxlamışıq" - X.Cəfərov qeyd edib.