Bakı. Trend:
Yeni karbamid zavodunun tikintisi gündəmdədir.
Trend-in məlumatına görə, bunu SOCAR-ın karbamid zavodunun direktoru Xəyal Cəfərov deyib.
O bildirib ki, hazırkı zavodda istehsal həcmlərinin artırılması mümkün deyil:
"Çünki zavodun dizayna uyğun istehsal həcmi var və hansısa modifikasiya ilə bu həcmi artırmaq mümkün olmayacaq. Yeni karbamid zavodunun tikilməsi gündəmdə olub və hələ də gündəmdədir. Bu, dünya bazarlarında olan təlabatdan asılıdır. Ola bilsin, gələcəkdə belə bir qərar qəbul olunsun", - direktor vurğulayıb.
X.Cəfərov qeyd edib ki, hazırda SOCAR-ın karbamid zavodunda ammonyak qurğusunda məhsuladarlıq 94 faiz, karbamid qurğusunda isə 89 faizdir.:
"Zavod maksimum gücə yaxın nəticələrlə işləyir. Ammonyak çənində səviyyə 43 faizdir. Zavodda hal-hazırda 475 nəfərdən çox adam çalışır".