Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadkı törəmə müəssisəsi olan "SOCAR Energy Ukraine" şirkəti Xarkovda dörd yanacaqdoldurma məntəqəsinin işini bərpa edib.
Trend bu barədə şirkətə istinadən məlumat verir.
Bildirilir ki, həmin məntəqələr aprelin 6-dan etibarən yenidən işə başlayıb.
Qeyd edək ki, "SOCAR Energy Ukraine" humanizm prinsiplərin əsas tutaraq Ukraynaya təcili tibbi yardım və yanğınsöndürmə avtomobillərini pulsuz yanacaqla təmin etmək şəklində dəstək göstərir.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)