...

"Brent" markalı neftin qiyməti 98 dollardan aşağı düşüb

Energetika Materials 11 Aprel 2022 16:46 (UTC +04:00)
"Brent" markalı neftin qiyməti 98 dollardan aşağı düşüb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

"Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında martın 17-dən bəri ilk dəfə bir barel üçün 98 dollardan aşağı düşüb.

Trend-in məlumatına görə, bu gün ərzində "Brent" neftinin qiyməti 97,73 dollaradək azalıb.

Hazırda "Brent" markalı neftin iyun fyuçersləri birjalarda 98,3 dollar ətrafında alınıb-satılır.

Ötən həftə ilə müqayisədə nefti qiyməti 4 faizdən çox azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti