...

"SOCAR Energy Ukraine" humanitar məqsədlərlə Ukraynaya təqdim olunmuş yanacağın həcmini açıqlayıb

Energetika Materials 11 Aprel 2022 18:31 (UTC +04:00)
"SOCAR Energy Ukraine" humanitar məqsədlərlə Ukraynaya təqdim olunmuş yanacağın həcmini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı yanacaqdoldurma məntəqələrindən təcili yardım və Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin avtomobillərinə verilən yanacağın həcmi 100 tonu ötüb.

Trend bu barədə "SOCAR Energy Ukraine" şirkətinə istinadən məlumat verir.

"Biz indi Ukraynanın istənilən nöqtəsində fasiləsiz yardın göstərən həkim, xilasedici, yanğınsöndürən, könüllülərlə qürur duyuruq", - şirkətin bəyanatında deyilir.

Qeyd edək ki, "SOCAR Energy Ukraine" humanizm prinsiplərini əsas tutaraq Ukraynaya təcili tibbi yardım və yanğınsöndürmə avtomobillərini pulsuz yanacaqla təmin etmək şəklində dəstək göstərir.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti