Bakı. Trend:
"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda neft hasilatında azalmanın böyük hissəsinin "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində kondensat hasilatı ilə kompensasiya olunacağı gözlənilir.
Trend-in məlumatına görə, bu barədə OPEC-in aylıq hesabatında deyilir.
Hesabata əsasən, bu ilin fevral ayında Azərbaycanda maye karbohidrogenlərin hasilatı yanvar ayı ilə müqayisədə 15 min barel/sutka, ötən ilin fevralı ilə müqayisədə idə 59 min barel/sutka azalaraq 0,72 milyon barel/sutka təşkil edib.
"Fevralda Azərbaycanda xam neft hasilatı yanvarla müqayisədə 15 min barel/sutka azalaraq 566 min barel/sutka təşkil edib. Mart ayında isə Azərbaycanda maye karbohidrogenlərin hasilatı orta hesabla 0,8 milyon barel/sutka artıb. Hesablamalara əsasən, 2021-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı 2020-ci illə müqayisədə 0,01 milyon barel/sutka azalaraq 0,74 milyon barel/sutka təşkil edib. 2022-ci ildə bu göstəricinin 0,81 milyon barel/sutkayadək çatacağı proqnozlaşdırılır", - hesabatda deyilir.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)