...

Bu il Azərbaycandan Avropaya qaz tədarükü 10 milyard kubmetrə çatacaq - BEA

Energetika Materials 16 Aprel 2022 14:42 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Trans-Adriatik qaz xətti (TAP) ilə Avropaya Azərbaycan qazının tədarükü 10 milyard kubmetrə çatacaq.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında deyilir.

Agentlik qeyd edir ki, 2021/2022 istilik mövsümündə Azərbaycan qazının Avropa İttifaqına tədarükü təxminən 4 milyard kubmetr artıb.

"Oktyabr-fevral aylarında Azərbaycanda təbii qaz hasilatı 28 faiz və 3,4 milyard kubmetr artıb ki, bu Aİ-yə TAP vasitəsilə qaz tədarükünü 3,35 milyard kubmetr artırmağa imkan verib. 2021-ci ildə Azərbaycand təbii qaz hasilatı 25 faiz və ya 6,5 milyard kubmetr artıb", - hesabatda deyilir.

Həmçinin qeyd olunur ki, Azərbaycandan Avropaya qaz ixracı 40 faiz və ya 4,5 milyard kubmetr artıb. TAP vasitəsilə Aİ-yə 8 milyard kubmetrdən çox qaz ixrac olunub.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti