...

"Brent" neftinin qiyməti 100 dollardan aşağı düşüb

Energetika Materials 25 Aprel 2022 19:37 (UTC +04:00)
"Brent" neftinin qiyməti 100 dollardan aşağı düşüb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dünya birjalarında "Brent" markalı neftin qiyməti aprelin 12-dən bəri ilk dəfə 100 dollardan aşağı düşüb.

Trend-in məlumatına görə, "Brent" neftinin iyul fyuçersləri 99,86 dollar/barel ətrafında alınıb satılır.

Həftəsonu ilə müqayisədə neft qiymətlərində təxminə 6 faiz ucuzlaşma qeydə alınıb.

Eyni zamanda, WTI markalı neftin qiyməti 6,05 faiz azalaraq 95,89 dollar\barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti