...

Macarıstan şirkəti "Azəri-Çıraq-Günəşli" üzrə hasilat həcmini açıqlayıb

Energetika Materials 11 May 2022 18:31 (UTC +04:00)
Macarıstan şirkəti "Azəri-Çıraq-Günəşli" üzrə hasilat həcmini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin birinci rübündə Macarıstanın "MOL Group" şirkətinin "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlarında hasilatı sutkada 15,4 min barel neft ekvivalentinə bərabər olub.

Trend bu barədə şirkətin hesabatına istinadən məlumat verir. 2021-ci ilin birinci rübündə hasilat 20 min barelə bərabər idi.

Beləliklə, Macarıstan şirkətinin AÇG üzrə hasilatı 23 faiz azalıb

Qeyd edək ki, "MOL Group" tərəfindən "Azəri-Çıraq-Günəşli" blokunda və Bakı-Tbilisi-Ceyhan boru kəmərində payın satın alınması üzrə saziş 2020-ci ilin aprelində imzalanmışdı.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti