...

İlin sonunadək Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükü 10 milyard kubmetrə çatmalıdır - Nazir

Energetika Materials 2 İyun 2022 10:20 (UTC +04:00)
İlin sonunadək Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükü 10 milyard kubmetrə çatmalıdır - Nazir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin sonunadək Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına (Aİ) tədarükün həcmi 10 milyard kubmetrə çatmalıdır.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

"İlin əvvəlindən Azərbaycan ümumilikdə (Türkiyə, Gürcüstan, Aİ) 6,8 milyard kubmetr qaz ixrac edib. Biz ilin sonunadək bu göstəricini 16 milyard kubmetrədək çatdırmağı planlaşdırırıq", - nazir deyib.

Onun sözlərinə görə, Azərbaycan qazının Cənub Qaz Dəhlizi ilə tədarükü Avropanın enerji təchizatını təmin edib.

Nazir əlavə edib ki, "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından mənfəət 163 milyard dollara, neftin həcmi isə 555 milyon tona çatıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti