Bakı. Trend:
Azərbaycan qazını nəql edəcək Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) Yunanıstanın və Bolqarıstanın enerji müstəqilliyinə güclü təkan verəcək.
Trend-in məlumatına görə, bunu Yunanıstanın baş naziri Kiriakos Mitsotakis IGB-nin açılış mərasimində deyib.
"Bu gün Yunanıstan, Bolqarıstan, Balkanlar və bütün Avropa üçün vacib məqamdır. Çünki bu gün sadəcə qaz xəttini deyil, Yunanıstanla Bolqarıstanı birləşdirəcək enerji körpüsünü açırıq", - deyə nazir bildirib.
K.Mitsotakis qeyd edib ki, Yunanıstan öz enerji müstəqilliyini qoruyur və digər tərəfdən bütün Avropa üçün enerji habına çevrilir.
"Boru xətii TAP-a qoşulacaq, eləcə də Aleksandrupolisdə obyektlərlə təchiz olunacaq", - o deyib.
(Tərcümə: Orxan Nəbiyev)