Bakı. Trend:
Neft və qazın qiymətinin artması Azərbaycanın fiskal balansının profisitini dəstəkləyəcək.
Trend xəbər verir ki, bu barədə Dünya Bankının (DB) hesabatında qeyd edilir.
Hesabata görə, 2022-ci ildə Azərbaycanda iqtisadi artım 2,7 faiz səviyyəsində proqnozlaşdırılır.
"Ortamüddətli perspektivdə geosiyasi vəziyyətin sabitləşəcəyini nəzərə alsaq, 2022-2024-cü illər ərzində artımın orta hesabla 2,4 faiz olacağı proqnozlaşdırılır. Tələb tərəfində isə istehlak iqtisadi artımın əsas amili olaraq qalacaq”, - hesabatda deyilir.
DB ekspertləri hesab edir ki, əsas ticarət tərəfdaşlarında artım azaldıqca xarici tələbin də azalması ehtimalı var: "Yüksək enerji qiymətləri ilə dəstəklənən xarici balansın ortamüddətli dövrdə əhəmiyyətli profisit verəcəyi gözlənilir. Daxili tələbin davam edən canlanmasına uyğun olaraq idxalın 2022-ci ildə artacağı və artımın yavaşlaması ilə ortamüddətli perspektivdə yavaşlaması proqnozlaşdırılır. Xərclərin yüksək olaraq qalmasına baxmayaraq, maliyyə balansının ortamüddətli ÜDM-in orta hesabla 4,7 faizini profisitlə verəcəyi təxmin edilir. Bu, neft və qaz qiymətlərinin artması ilə dəstəklənir".