...

Azərbaycanda "yaşıl" maliyyə konsepsiyasının məqsədi açıqlanıb (FOTO)

Energetika Materials 14 Oktyabr 2022 13:01 (UTC +04:00)
Azərbaycanda "yaşıl" maliyyə konsepsiyasının məqsədi açıqlanıb (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Yaşıl" maliyyə konsepsiyasının məqsədi dövlət, özəl və qeyri-kommersiya sektorlarından dayanıqlı inkişaf məqsədləri prioritetlərinin reallaşdırılmasına, bankçılıq, mikrokreditləşmə, sığorta və investisiya kimi sahərələ maliyyə axınının səviyyəsini artırmaqdır.

Trend-in məlumaına görə, bunu cümə günü İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Yaşıl iqtisadiyyat" kitabının təqdimat zamanı deyib.

"Bunun vacib hissəsi ekoloji və sosial risklərin səmərəli idarə olunması, ətraf mühit üçün səmərəni təmin edən imkanların istifadəsi, eləcə də investisiya həllərinə daha məhsuliyyətli yanaşmadır", - deyə o bildirib.

V.Qasımlı əlavə edib ki, "yaşıl" maliyyə alətləri və bu çərçivədə təqdim olunan xidmətlər dörd əsas qrupa bölünür: pərakəndə maliyyələşdirmə, "yaşıl" korporativ kreditlər və investisiyalar, "yaşıl" aktivlərin idarə olunması", "yaşıl" sığorta.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti