...

Macarıstan şirkəti "Azəri-Çıraq-Günəşli" üzrə hasilat həcmini açıqlayıb

Energetika Materials 15 Noyabr 2022 19:51 (UTC +04:00)
Macarıstan şirkəti "Azəri-Çıraq-Günəşli" üzrə hasilat həcmini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin üçüncü rübündə Macarıstanın "MOL Group" şirkətinin "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlarında hasilatı sutkada 12,5 min barel neft ekvivalentinə bərabər olub.

Trend bu barədə bu gün şirkətin hesabatına istinadən məlumat verir. 2021-ci ilin üçüncü rübündə hasilat 15,5 min barelə bərabər idi.

Beləliklə, Macarıstan şirkətinin AÇG üzrə hasilatı 19,35 faiz azalıb.

Eyni zamanda, hasilat bu ilin ikinci rübü (14,8 min barel neft ekvivalenti) ilə müqayisədə 15,5 faiz azalıb.

Bundan başqa, hesabat dövründə "MOL Group"un AÇG üzrə əsaslı xərcləri 2021-ci ilin üçüncü rübü ilə müqayisədə 3,5 faiz artaraq 38,7 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti