...

Qaradağda enerji layihəsinin planlaşdırılan istehsal gücü açıqlanıb

Energetika Materials 29 Noyabr 2022 11:54 (UTC +04:00)
Qaradağda enerji layihəsinin planlaşdırılan istehsal gücü açıqlanıb
Natavan Rzayeva
Natavan Rzayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ən yaxın zamanlarda Qaradağ külək elektrik stansiyasının istehsal gücünü 1,5 giqavatta çatdırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu bu gün iqtisadiyyat nazirinin müşaviri Emil Məcidov "Yaşıl" hidrogen və bərpa olunan enerji" adlı tədbir zamanı deyib.

"Biz Qaradağda külək elektrik stansiyasının tikintisi layihəsini özəl sektorla, xüsusilə Azərbaycan İnvestisiya Şirkəti ilə birgə dəsətəkləyirik", - deyə o bildirib.

E.Məcidovun sözlərinə bu cür layihələr Azərbaycana enerji səmərəliliyinə nail olmağa, bu sahəyə "yaşıl texnologiya"ları tətbiq etməyə imkan verəcək.

Qeyd edək ki, noyabrın 4-də “Azərbaycan İnvestisiya Şirkəti ASC, “Caspian HDG” MMC və İspaniyanın alternativ və bərpa olunan enerji sahəsində ixtisaslaşmış “Elecnor” şirkəti arasında Qaradağ Külək Elektrik Stansiyası layihəsinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti