Bakı. Trend:
"Brent" markalı neftin qiyməti yanvarın 6-dan bəri ilk dəfə 80 dollardan aşağı düşüb.
Trend-in məlumatına görə, "Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 20:59 üçun (Bakı vaxtı) 3,25 faiz ucuzlaşaraq 79,99 dollar/barel təşkil edib.
Saat 21:07 üçün qiymətdə düşmə 3,1 faizə qədər zəifləyib və sözügedən neftin qiyməti 80,12 dollar/barel səviyyəsinə qalxıb.