...

AYİB Cənub Qaz Dəhlizinin genişləndirilməsi imkanlarını nəzərdən keçirəcək

Energetika Materials 7 Fevral 2023 15:45 (UTC +04:00)
AYİB Cənub Qaz Dəhlizinin genişləndirilməsi imkanlarını nəzərdən keçirəcək
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Cənub Qaz Dəhlizinin genişləndirilməsi imkanlarını nəzərdən keçirəcək.

Trend-in məlumatına görə, bu barədə AYİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri Kamola Mahmudova "IT Hub Azerbaijan" layihəsinin təqdimatı ilə əlaqədar Bakıda keçirilən tədbirdə deyib.

"Hazırda Azərbaycan hökuməti bank rəhbərliyi ilə danışıqlar aparır. Layihənin diaqnostika nəticələrini gözləyirik. Belə ki, əvvəlcə layihənin diaqnostika nəticələrini əldə etməliyik və ondan sonra AYİB Cənub Qaz Dəhlizini maliyyələşdirmə və ya maliyyələşdirilməsində iştirak imkanını nəzərdən keçirəcək", - Mahmudova açıqlayıb.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Avropaya Azərbaycan qazının nəqlinə 2020-ci ilin 31 dekabr tarixində başlayıb. Ölkə Xəzər dənizi regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə qaz nəql edir. 2022-ci ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası Avropaya qaz tədarükünün 2027-ci ilədək 10 milyard kubmetrdən 20 milyard kubmetrədək artırılması barədə razılığa gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti