...

2023-cü ilin yanvar ayında Azərbaycan neftinin ən böyük idxalçıları açıqlanıb

Energetika Materials 17 Fevral 2023 17:35 (UTC +04:00)
2023-cü ilin yanvar ayında Azərbaycan neftinin ən böyük idxalçıları açıqlanıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar ayında Azərbaycan 1,398 milyard dollar dəyərində 2,246 milyon tondan çox xam neft və neft məhsulları ixrac edib.

Trend bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Azərbaycan neftinin 3 ən böyük idxalçısı siyahısında birinci yeri İtaliya tutur (538,334 milyon dollar dəyərində 848 983 ton), ikinci yerdə İsrail (237,065 milyon dollar dəyərində 381 940 ​​ton), daha sonra isə Almaniya (91,719 milyon dollar dəyərində 145 941 ton) dayanır.

Cədvəldə 2023-cü ilin yanvar ayında Azərbaycanın xam neft və neft məhsullarının 10 ən böyük idxalçıları qeyd olunub:

Ölkə

İdxalın həcmi

İdxalın dəyəri (ABŞ dolları ilə)

İtaliya

848 983,07

538 333 860

İsrail

381 940,30

237 065 030

Almaniya

145 940,95

91 719 700

Hindistan

138 527,49

85 811 360

Vyetnam

138 516,86

85 115 060

Çexiya Respublikası

131 799,05

80 730 640

İrlandiya

88 400,01

55 392 910

Rumıniya

86 118,18

52 773 610

Avstriya

85 994,55

52 484 630

Yunanıstan

84 724,61

51 922 560

Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarına üç boru ilə - Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərləri ilə nəql olunur. Hazırda Bakı-Supsa boru kəməri ilə nəql dayandırılıb.

Bundan başqa, neft dəmir yolu ilə Gürcüstanın Batumi və Kulevi terminallarına nəql olunur.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti