...

TAP vasitəsilə Avropaya nəql olunacaq qazın həcmi açıqlanıb

Energetika Materials 9 Mart 2023 19:50 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Kommersiya məqsədilə istismara verildikdən sonra Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya təqribən 21,5 milyard kubmetr qaz nəql olunub.

Trend-in TAP AG konsorsiumuna istinadən məlumatına görə, bu barədə TAP-ın icraçı direktoru Luka Skyepatti "Top Utility 2023" konfransında çıxışında deyib.

O, bu həcmin 18 milyard kubmetrinin İtaliyanın payına düşdüyünü qeyd edib. İcraçı direktorun sözlərinə görə, TAP bununla ölkənin tədarüklərin etibarlılığını möhkəmlətməsinə və bazarın likvidliyini artırmasına kömək edib.

"TAP digər interkonnektorla birgə üzləşdiyimiz çətinliklərin aradan qaldırılmasına öz töhfəsini verib. Eyni zamanda, qarşıdakı qışlar haqqında da düşünmək lazımdır", - o deyib.

Qeyd edək ki, Trans-Adriatik Boru Kəmərinin ötürücülük qabiliyyəti 10 milyard kubmetr təşkil edir və 20 milyard kubmetrədək artırılma imkanına malikdir.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti