...

Neft ucuzlaşır, qızıl və bitkoin isə bahalaşır

Energetika Materials 14 Mart 2023 11:10 (UTC +04:00)
Neft ucuzlaşır, qızıl və bitkoin isə bahalaşır

Bakı. Trend:

Dünyada neftin qiyməti bu gün səhər 1% ucuzlaşıb.

Trend-in məlumatına görə, sövdələşmə məlumatları bundan xəbər verir.

Treyderlər ABŞ-ın bir sıra banklarının iflası fonunda kütləvi şəkildə riskdən uzaqlaşırlar. Belə ki, bu FES-in pul siyasətinin iqtisadiyyata təsiri ilə bağlı narahatlıqları gücləndirib.

Brent markalı neftin may fyuçerslərinin qiyməti 1,05% artaraq 1 bareli 79,92 dollara, WTI markalı neftin aprel fyuçerslərinin qiyməti isə 1,116% artaraq bareli 73,97 dollara çatıb.

Dünya treyderləri ABŞ-ın bank sektorunda problemlərin fonunda risk etməməyə üstünlük verirlər. Avropa birjaları dünən 3% ucuzlaşıb, Asiyanın fond indeksləri bu gün təqribən 2% ucuzlaşıb, neft və mis ucuzlaşır, qızıl və bitkoin isə əksinə, bahalaşır.

Mart ayında Silvergate, Silicon Valley Bank (SVB) və Signature Bank kimi bir sıra ABŞ banklarının bağlanması da dəyişkənlik dalğasını başladıb. SVB-nin iflası ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) endirim faizlərinin artması və nəticədə bir çox maliyyə institutunun aktivlərinin düşməsi ilə əlaqədar baş verib. ABŞ hakimiyyəti vəziyyətə müdaxilə edərək dəstək tədbirləri elan edib.

"Neft SVB-nin iflasından yan qaça bilmədi. ABŞ-da inflyasiya məlumatları ilə əlaqədar qısamüddətli perspektivdə dəyişkənlik üçün bundan sonra da hələ çox yer var", - Bloomberg agentliyi ING Group NV-nin xammal strategiyası şöbəsinin rəhbəri Varren Patterson-dan sitat gətirir. Ekspert günün sonrakı saatlarında dərc olunacaq və FES üçün gələcək pul siyasəti ilə bağlı mühüm siqnal rolunu oynayacaq ABŞ inflyasiya məlumatlarına istinad edir.

Həmçinin bu gün OPEC-in aylıq hesabatının dərc olunacağı gözlənilir. Hesabatda təşkilatın neft bazarı, o cümlədən tələb və təklifə dair proqnozlarını elan edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti