...

Azərbaycan Bolqarıstanın illik qaz istehlakının təqribən 30 faizini qarşılayır - Səfir

Energetika Materials 29 Aprel 2023 09:27 (UTC +04:00)
Azərbaycan Bolqarıstanın illik qaz istehlakının təqribən 30 faizini qarşılayır - Səfir

Bakı. Trend:

Azərbaycan Bolqarıstanın illik qaz istehlakının təqribən 30 faizini qarşılayır.

Bu barədə Trend-ə özəl müsahibəsində Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanov deyib.

Səfir qeyd edib ki, Cənub Qaz Dəhlizi (CQD) irimiqyaslı layihədir və Azərbaycan onun uğurlu icrasının mühüm təkanverici qüvvəsidir.

"Layihənin reallaşdırılması hökumət, özəl şirkətlər və maliyyə institutları birlikdə işləməyə hazır olduqda nələr əldə etməyin mümkün olduğuna dair nümunə kimi çıxış etdi. Şadam ki, Bolqarıstan bu təşəbbüsdə lap əvvəldən iştirak edir. Əlbəttə, ölkələrimiz arasında çoxdandır mövcud olan və təbii olaraq strateji tərəfdaşlığa çevrilmiş ikitərəfli dostluq və siyasi əlaqələr olmadan bu mümkün olmazdı. İndi Bolqarıstan yeganə ölkədir ki, CQD onun ərazisindən birbaşa keçmir, lakin hər il 1 milyard kubmetr Azərbaycan qazı alır. Bu, hazırki mərhələdə Trans-Adriatik Boru Kəmərinin (TAP) gücünün təqribən 10 faizini və Bolqarıstanın illik istehlakının təqribən 30 faizini təşkil edir. Beləliklə, Azərbaycan qaz tədarükünün istər mənbələrinin, istərsə də marşrutlarının real diversifikasiyası işində Bolqarıstanın və bütünlükdə Aİ-nin mühüm enerji tərəfdaşına çevrilməkdədir", - deyə R.Stoyanov qeyd edib.

Qeyd edək ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəqlinə başlayıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans Adriatik Qaz Boru Kəməri (TAP) kommersiya istismarına başladıqdan indiyədək ümumilikdə 22 milyard kubmetr qaz tədarük edilib. Bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti