...

Avropanın qaz bazarında Azərbaycanın payı artıb

Energetika Materials 2 May 2023 14:48 (UTC +04:00)
Avropanın qaz bazarında Azərbaycanın payı artıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycanın Avropanın qaz bazarında payı artaraq 2021-ci ildəki 4,9 faizdən 6,9 faizə çatıb.

Trend bu barədə Dünya Bankının hesabatına istinadən xəbər verir.

Aşağıdakı cədvəldə Avropaya qaz tədarükçülərinin payında dəyişikliyin dinamikası əks olunub:

Ölkə

2021-ci ildə payı

2022-ci ildə payı

ABŞ

8

17,4

Rusiya

34,1

19,5

Əlcəzair

20,2

18,5

Qatar

6,8

7,4

Norveç

9

12,5

Azərbaycan

4,9

6,9

Digər ölkələr

23,7

25,3

Qeyd edək ki, Azərbaycan Avropaya qaz tədarükünə 31 dekabr 2020-ci ildə başlayıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə kommersiya istismarı başlaqıdan sonra ümumilikdə 22 milyard kubmetr qaz nəql olunub. Bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

Son məlumatlara əsasən, 2023-cü ilin birinci rübündə Azərbaycanda qaz hasilatı 3 faiz artaraq 12,2 milyard kubmetrə çatıb. Ölkə təbii qazın yarıdan çoxunu və ya 6,5 milyard kubmetrini xarici bazara ixrac edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti