...

IGB operatoru tezliklə imkanların genişləndirilməsi üçün bazar sınaqlarına başlayacaq

Energetika Materials 4 May 2023 09:07 (UTC +04:00)
IGB operatoru tezliklə imkanların genişləndirilməsi üçün bazar sınaqlarına başlayacaq
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın aylar ərzində Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) ötürücülük imkanlarının genişləndirilməsi üçün bazar sınaqlarına başlanacaq.

Trend xəbər verir ki, bunu boru kəmərinin operatoru olan ICGB şirkətinin baş icraçı direktoru Teodora Georgiyeva deyib.

O, "SeeNews"a bildirib ki, yetərincə tələbat olarsa, boru kəmərinin ötürücülük imkanı hazırkı 3 milyard kubmetrdən 5 milyard kubmetrədək artırılacaq və bu da Yunanıstanda mövcud olan və planlaşdırılan terminallardan maye təbii qazı nəql etməyə imkan verəcək.

T.Georgiyeva ICGB-nin və ötürmə sisteminin Yunanıstan operatoru DESFA-nın artıq bu sahədə əməkdaşlıq etdiklərini əlavə edib. Yunanıstan sahəsində yeni kompressor stansiyasının tikintisi imkanların artırılmasına şərait yaradacaq layihələrdən biridir.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.

Hazırki istilik mövsümünün əvvəlindən IGB Bolqarıstanda təbii qaz ehtiyacının təqribən üçdə birini təmin etməkdədir. Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.

Azərbaycanla saziş üzrə layihənin əsasını 1 milyard kubmetr tədarük təşkil etdiyi halda, IGB digər yükgöndərənlər tərəfindən rezerv edilmiş uzunmüddətli imkanlara da malikdir. Bunların əksəriyyəti Bolqarıstan bazarı üçün tamamilə yenidir. Yunanıstan-Bolqarıstan interkonnektoru 2024-cü ildə bir neçə qaz mənbəyinə çıxış əldə edəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti