...

OPEC+ ölkələri iyunda əyani görüş keçirməyi planlaşdırır

Energetika Materials 4 May 2023 14:05 (UTC +04:00)
OPEC+ ölkələri iyunda əyani görüş keçirməyi planlaşdırır

Bakı. Trend:

OPEC+ ölkələrinin nazirlərinin iyunun 4-nə təyin edilmiş görüşünün əyani formatda keçirilməsi planlaşdırılır.

Trendin məlumatına görə, TASS bu barədə nümayəndə heyətlərindəki iki mənbəyə istinadən xəbər verir.

Qeyd edək ki, nazirlərin əvvəlki görüşü 2022-ci ilin dekabrında viodekonfrans formatında keçirilmişdi.

2022-ci ilin oktyabrında OPEC+ ölkələri Vyanada keçirilən əyani görüşdə 2022-ci ilin noyabrından 2023-cü ilin sonunadək hasilatı gündəlik 2 milyon barelədək azaltmaq barədə razılığa gəlib, həmçinin sazişin müddətini 2023-cü ilin sonunadək uzadıblar. Neft hasilatının azaldılmasının hesablanması üçün OPEC+ sazişi çərçivəsində 2022-ci ilin avqustuna olan kvota əsas götürülüb. OPEC+ monitorinq komitəsi aprelin 3-də keçirilən görüşdə 2022-ci ilin oktyabrında keçirilən görüşdə əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti