...

ABŞ üzrə məlumatlar fonunda neft qiymətləri ucuzlaşıb

Energetika Materials 10 May 2023 09:51 (UTC +04:00)
ABŞ üzrə məlumatlar fonunda neft qiymətləri ucuzlaşıb

Bakı. Trend:

ABŞ-də neft xammalının kommersiya ehtiyatlarının gözlənilməz artımına dair məlumatlar dərc olunduqdan sonra çərşənbə günü səhər dünyada neft qiymətləri ucuzlaşmaqdadır.

Trend xəbər verir ki, sövdələşmə məlumatları bunu təsdiqləyir.

Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 0,71% ucuzlaşaraq bir bareli 76,89 dollara, WTI markalı neftin iyun fyuçerslərinin qiyməti isə 0,73% ucuzlaşaraq bir bareli 73,17 dollara düşüb.

Bazarlar statistikanı qiymətləndirməkdədir. Çərşənbə gününə keçən gecə Amerika Neft İnstitutu (API) ötən həftə ABŞ-də neftin kommersiya ehtiyatlarının dinamikasına dair öz qiymətləndirməsini dərc edib. Mayın 5-dək olan həftə ərzində göstərici 3,6 milyon barel artıb, halbuki 1,6 milyon barel azalma gözlənilirdi. Rəsmi statistika çərşənbə günü axşam ölkənin energetika nazirliyi tərəfindən dərc olunacaq. Analitiklər ehtiyatların 0,9 milyon barel azalmasını proqnozlaşdırırlar.

Həmçinin ötən gün Çin statistikası dərc olunub. Gömrük idarəsi ölkənin yanvar-aprel aylar ərzindəki ticarət balansına dair məlumatları dərc edib. Hesabat dövründə Çindən ixrac 2,5% artıb, idxal isə 7,3% azalıb. Neft bazarı dünyanın ən böyük neft idxalçısı olan Çinin iqtisadi göstəricilərini yaxından izləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti