Bakı.Trend:
Bolqarıstanın Enerji və Su Tənzimləyici Komissiyası (EWRC) Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-a təbii qaz ticarəti üçün lisenziya verib.
Trend bu barədə cümə günü Bolqarıstan mediasına istinadən xəbər verir.
Lisenziyanın müddətinin 10 il olduğu qeyd edilir.
Bir neçə gün əvvəl EWRC-in sədri İvan İvanov SOCAR-ın tələb olunan lisenziyanın alması üçün heç bir maneənin olmadığını bildirmiş və qeyd etmişdi ki, bu, Bolqarıstanın regionun digər ölkələrinə təbii qazın tədarükü üçün haba çevrilən ölkə kimi mövqeyini möhkəmləndirəcək.
Qeyd edək ki, SOCAR "Bulqarqaz" şirkəti ilə uzunmüddətli müqavilə bağlayıb. Müqaviləyə əsasən hər il Azərbaycandan Bolqarıstana 1 milyard kubmetrə yaxın mavi yanacaq tədarük olunur.
(Tərcümə: Rəna Əbdürəhmanova)