...

İraq və Rusiya OPEC+ razılaşmasına sadiqliklərini təsdiqləyiblər

Energetika Materials 20 May 2023 01:18 (UTC +04:00)
İraq və Rusiya OPEC+ razılaşmasına sadiqliklərini təsdiqləyiblər

Bakı. Trend:

Rusiya baş nazirinin müavini Aleksandr Novak və İraqın neft naziri Hayyan Abdel Qani cümə günü ölkələrinin OPEC+ razılaşmasına və neft hasilatının azaldılmasında könüllülük prinsipinə sadiq olduqlarını təsdiqləyiblər.

Trend xəbər verir ki, bu barədə onların telefon danışığından sonra İraq Neft Nazirliyinin rəsmi “Facebook” səhifəsində yerləşdirilən açıqlamada bildirilir.

"Rusiya Baş nazirinin müavini Aleksandr Novak tələb və təklif arasında tarazlığın əldə edilməsi və qlobal neft bazarlarının sabitliyi üçün OPEC+ ölkələrinin kollektiv fəaliyyətinin, əməkdaşlığının və həmrəyliyinin vacibliyini vurğulayıb", -deyə açıqlamada bildirilir.

Rusiya baş nazirinin müavini "iki ölkənin OPEC+ razılaşmasına sadiqliyini və 2023-cü ilin sonuna qədər könüllü hasilatın azaldılmasına dair öhdəliklərini qeyd edib".

Bildirilir ki, söhbət zamanı A.Novak və A.Qani “ikitərəfli münasibətlərin, xüsusən də neft və enerji sektorlarında möhkəmləndirilməsi və inkişaf etdirilməsi yollarını nəzərdən keçiriblər”. Həmçinin neft bazarlarında baş verən son hadisələr və qlobal iqtisadiyyatın üzləşdiyi problemlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti