...

Azərbaycanda təmiz enerjiyə sürətli keçid üçün bütün imkanlar var - Emma Nikolson

Energetika Materials 1 İyun 2023 10:02 (UTC +04:00)
Azərbaycanda təmiz enerjiyə sürətli keçid üçün bütün imkanlar var - Emma Nikolson
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda təmiz enerjiyə sürətli keçid üçün bütün imkanlar var.

Trend -in məlumatına görə, bunu bu gün Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Bakı Enerji Həftəsi zamanı deyib.

Onun sözlərinə görə, Böyük Britaniyanın Azərbaycandakı bp şirkəti bu “yaşıl” layihələrin həyata keçirilməsində ölkəyə dəstək olmaqda böyük rol oynayır.

"Azərbaycanın dəniz külək enerjisi əhəmiyyətli potensiala malikdir, ölkədə təmiz enerjiyə sürətli keçid üçün bütün imkanlar var. Onu da vurğulamaq istəyirəm ki, Böyük Britaniya dəniz enerjisi sahəsində mühüm təcrübəyə malikdir və Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində yaşıl enerjiyə keçid sürətləndirilə bilər”, - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti