...

Azərbaycanda elektron pulun emissiya qaydaları müəyyənləşib

Energetika Materials 22 İyun 2023 10:03 (UTC +04:00)
Azərbaycanda elektron pulun emissiya qaydaları müəyyənləşib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının ərazisində elektron pulun emissiyasının həyata keçiriləcəyi yerlər müəyyənləşib.

Trend xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun layihəsində əksini tapıb.

Bunlar aşağıdakılar tərəfindən həyata keçirilə bilər:

-banklar və xarici bankların yerli filialları;
-poçt rabitəsinin milli operatoru;
-elektron pul təşkilatları.

Emitent elektron pulun emissiyası məqsədilə qəbul edilmiş pul vəsaiti məbləğində dərhal elektron pulu emissiya edir və elektron pul sahibi tərəfindən istifadəsinə imkan yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti