...

Azərbaycandan Avropaya qaz tədarükü 25 milyard kubmetrə çatıb

Energetika Materials 27 İyun 2023 12:52 (UTC +04:00)
Azərbaycandan Avropaya qaz tədarükü 25 milyard kubmetrə çatıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik Boru Kəməri (TAP) ilə indiyə qədər qaz tədarükü 25 milyard kubmetr həddinə çatıb.

Trend-in məlumatına görə, bu barədə TAP konsorsiumu açıqlama yayıb.

"Daha bir mərhələ! TAP kommersiya əməliyyatı başladıqdan etibarən təhlükəsiz şəkildə Yunanıstan, Bolqarıstan və İtaliyaya 25 milyard kubmetr təbii qaz tədarük edib. Təhlükəsiz enerji ötürücüsü olan TAP Avropanın enerji təhlükəsizliyini artırmaq məqsədilə mərhələli şəkildə genişləndirilə bilər", - TAP konsorsiumunun məlumatında deyilir.

Qeyd edək ki, Azərbaycan TAP vasitəsilə Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başlayıb. Boru kəmərinin ilkin buraxılış gücü ildə 10 milyard kubmetr təşkil edir.

Hazırda davam edən bazar sınağı çərçivəsində məcburi təkliflərin təqdim olunmasının birinci mərhələsindən sonra TAP konsorsiumu 2026-cı ildən başlayaraq ildə əlavə 1,2 milyard kubmetr təklif etməklə genişləndirmənin birinci mərhələsini başladıb. TAP-ın imkanlarının genişləndirilməsi prosesi sınaqları açıq, şəffaf və qeyri-diskriminativ formada keçirilən bazar sınaqları çərçivəsində baş verir. İkinci məcburi mərhələ 2023-cü ildə maraqlı operatorlar əlavə təkliflər verə biləcəkləri vaxt keçiriləcək. TAP-ın ötürücülük imkanları yeni borular çəkmədən, mərhələli şəkildə ildə 20 milyard kubmetrədək genişləndirilə bilər.

Hidrogen və digər bərpa olunan qazların yeni həcmlərini həmçinin TAP vasitəsilə nəql etməklə uzunmüddətli dayanıqlılığa imkan yaratmaq mümkündür.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti