...

TAP qaz tədarükünün artırılması üzrə işlərə başlayıb (Eksklüziv)

Energetika Materials 24 İyul 2023 08:36 (UTC +04:00)
TAP qaz tədarükünün artırılması üzrə işlərə başlayıb (Eksklüziv)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans Adriatik Boru Kəməri (TAP) konsorsiumu qaz tədarükünün artırılması üçün ilkin işlərə başlayıb.

Bu barədə şirkətdən Trend-in sorğusuna cavab olaraq bildiriblər.

Konsorsiumdan bildirilib ki, ilkin işlər bu ay başlayıb və kompressor stansiyasında yeni bağlayıcıların hazırlanması ilə bağlı tikinti işlərindən ibarətdir.

Bundan əvvəl TAP-ın icraçı direktoru Luka Skiepatti Trend-ə müsahibəsində bildirib ki, heç bir infrastrukturun genişləndirilməsi ssenarisində əlavə borulara ehtiyac olmayacaq.

"TAP-ın və ümumilikdə Cənub Qaz Dəhlizinin layihələndirilməsi əlavə kompressor aqreqatları və stansiyaları hesabına gücü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir. Genişləndirmənin birinci mərhələsi üçün (ildə 1,2 milyard kubmetr qaz) əlavə kompressor stansiyalarına ehtiyac yoxdur", - o bildirib.

Skiepatti əlavə edib ki, bazar marağı olarsa, TAP-ın ilkin gücünü genişləndirmək və bəlkə də ikiqat artırmaq üçün iki əlavə kompressor stansiyası - biri Yunanıstanda və biri Albaniyada tikilməlidir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstana isə bir milyard kubmetr qaz tədarük edir.

2020-ci il dekabrın 31-dən Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya tədarükü başlayıb. Dünyanın ən böyük təbii qaz idxalçısı olan Avropa bazarına birbaşa çıxışı olan Azərbaycan ixrac imkanlarını şaxələndirib.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti