...

bp AÇG-də xam neft hasilatının stabilləşəcəyinə ümid edir - Qordon Birell

Energetika Materials 25 İyul 2023 12:38 (UTC +04:00)
bp AÇG-də xam neft hasilatının stabilləşəcəyinə ümid edir - Qordon Birell
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

bp növbəti bir neçə il ərzində yeni platforma sayəsində "Azəri-Çıraq-Günəşli" blokunda xam neft hasilatının stabilləşəcəyinə ümid edir.

Trend çərşənbə axşamı xəbər verir ki, bunu bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birell deyib.

"Növbəti bir neçə il ərzində AÇG-dən neft hasilatı yetərincə stabil olacaq, cüzi azalma mümkündür", - Birell "S&P Global Commodity Insights"a deyib.

O, şirkətin istehsalın stabilləşməsi və neft axınını dəstəkləmək məqsədilə AÇG-yə, həmçinin "Şahdəniz" yatağına investisiya qoymağa fokuslandığını qeyd edib.

Qeyd edək ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).

Qeyd edək ki, ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində 300 milyon barelədək neftin hasil olunması proqnozlaşdırılır. Platforma Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək və idarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil edilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti