...

BVF Azərbaycanda 2023-2024-cü illər üzrə neftin itkisiz qiymətini açıqlayıb

Energetika Materials 18 Oktyabr 2023 14:41 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr proqnozuna görə, 2023-cü ildə Azərbaycanda neftin bir barelinin itkisiz qiyməti 79,7 dollar səviyyəsində proqnozlaşdırılır.

Trend xəbər verir ki, bu, may ayı ilə müqayisədə artım deməkdir.

Belə ki, BVF may ayı üzrə ölkədə neftin bir barelinin itkisiz qiymətini 77 dollar səviyyəsində müəyyən edib.

BVF, həmçinin, 2024-cü il üzrə Azərbaycanda neftin itkisiz qiymətinə dair proqnozunu yenidən gözdən keçirərək, bir barelin qiyimətini 78,2 dollardan 88,4 dollara çatdırıb.

Cari hesab saldosunun sıfıra bərabər olduğu neftin itkisiz qiymətinə gəlincə, BVF-in oktyabr proqnozunda 2023 və 2024-cü illər üzrə göstəricilər müvafiq olaraq bir barelə görə 76,5 və 89,7 dollar olaraq dəyişdirilib.

Bu, may ayı üzrə hesabatla müqayisədə nəzərəçarpan artım əks etdirir. Belə ki, may ayı üzrə hesabatda BVF bu göstəricilərin 2023 və 2024-cü illərdə bir barelə görə müvafiq olaraq 60,4 və 63,1 dollar olacağını proqnozlaşdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan xam neft və neft məhsulları ixracının həcmi bu ilin yanvar-sentyabr aylarında 2022-ci ilin analoji dövründəki 19,5 milyon tonla müqayisədə 2,05 faiz artaraq, təqribən 19,9 milyon tona çatıb.

Hesabat dövründə Azərbaycanın ümumi ixrac həcmində xam neft və neft məhsullarının payı ötənilki 50,46 faizlə müqayisədə 45,79 faiz olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

X: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti