...

"Günəşli" yatağında tənzimlənən təzyiqlə qazma texnologiyasının tətbiqi planlaşdırılır - SOCAR AQŞ

Energetika Materials 4 Fevral 2026 17:04 (UTC +04:00)
"Günəşli" yatağında tənzimlənən təzyiqlə qazma texnologiyasının tətbiqi planlaşdırılır - SOCAR AQŞ
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın “Günəşli” yatağında tənzimlənən təzyiqlə qazma texnologiyasının (Managed Pressure Drilling, MPD) tətbiqi planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə SOCAR AQŞ geoloqu Saleh Orucov Bakıda keçirilən "IADC Drilling Caspian 2026" konfrans və sərgisində bildirib.

“Biz "Günəşli" yatağında tənzimlənən təzyiqlə qazma texnologiyasının tətbiqi üzərində işləyirik”, – deyə geoloq qeyd edib.

Onun sözlərinə görə, MPD texnologiyasının istifadəsi “Günəşli” yatağı üçün mühüm əhəmiyyət daşıyır, çünki layın tükənməsi təbii proseslərlə deyil, onun intensiv işlənilməsi ilə bağlıdır.

Qeyd edək ki, “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlar bloku üzrə Məhsulun Pay Bölgüsü Sazişinin tərəfləri adından operator funksiyasını "BP Exploration (Caspian Sea) Limited" şirkəti həyata keçirir.

Layihədə iştirak paylarının bölgüsü aşağıdakı kimidir: bp – 30,37%, SOCAR – 31,65%, MOL – 9,57%, INPEX – 9,31%, ExxonMobil – 6,79%, TPAO – 5,73%, ITOCHU – 3,65%, ONGC Videsh – 2,92%.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti